Modern.az

BMT Təhlükəsizlik Şurasından Talibana ÇAĞIRIŞ

BMT Təhlükəsizlik Şurasından Talibana ÇAĞIRIŞ

Dünya

28 Dekabr 2022, 11:04

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Əfqanıstandakı Taliban hakimiyyətinə çağırış edib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, çağırış qadınların təhsil hüququ ilə bağlı olub.

 

TŞ Talibanı insan hüquqlarına hörmət etməyə və bu sahədə getdikcə artan aşınma siyasətinə son verməyə çağırıb.

 

Bildirilib ki, tezliklə qadınların təhsil hüququ bərpa olunmalı və təhsil müəssisələri qızların üzünə açılmalıdır.

 

Qeyd edək ki, 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban qruplaşması bir müddət əvvəl qızların və qadın müəllimlərin təhsil ocaqlarına daxil olmasını qadağan edən qərarını elan etmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər