Modern.az

Türkiyə sahillərində zəlzələ olub

Türkiyə sahillərində zəlzələ olub

Dünya

28 Dekabr 2022, 11:50

Türkiyənin Aralıq dənizi sahillərində zəlzələ baş verib.

 

Modern.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Bildirilib ki, hadisə Muğla vilayətinin Datça rayonu sahillərində qeydə alınıb. Yeraltı təkan Rixter şkalası ilə 4.1 balla qiymətləndirilib.

 

Episentri sahildən 212 kilometr aralıda olan zəlzələnin ocağı yerin 50 kilometr dərinliyində yerləşib.

 

Dağıntı, ölən və ya yaralananlarla bağlı məlumat yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər