Tanınmış teleaparıcı Elçin Əlibəyli "Publika.az" saytının baş direktoru vəzifəsindən getməsi ilə bağlı mətbuatın yazdıqlarına münasibət bildirib
Modern.az-ın məlumatına görə, E.Əlibəyli özünün Facebook səhifəsində "Publika.az"da sturukur dəyişikliyinin olduğunu bildirib. Onun sözlərinə görə, "Publika.az"da hər hansı münaqişə baş verməyib:
“Dostlar bilmirəm haradan qaynaqlanır bu məlumatlar. Amma heç bir münaqişə və mübahisə olmayıb. Hər şey öz qaydasındadır. Sadəcə sturktur dəyişikliyi edilib ki, bu da bütün şirkətlərdə olur. Tezliklə saytda və yeni açılan televiziyada də yaradıcılıq yenilikləri olacaq, gözləyin!”.
Elçin Əlibəyli "Lent.az"a açıqlamasında bildirib ki, ANS telekanalında yeni kommersiya layihəsinə başlayıb. "Publika.az"ın baş direktoru vəzifəsindən ayrıldığı barədə xəbərə gəlincə, Əlibəyli bunları deyib: “"Publika.az"ın baş direktoru vəzifəsindən ayrıldım, bundan sonra şirkətdə sırf reklam məsələləri ilə bağlı cavabdehlik daşıyacağam, yəni reklam direktoru kimi fəaliyyət göstərəcəyəm”.
Modern.az