Modern.az

İsa Qəmbərin xanımı elmlər doktoru oldu - FOTO

İsa Qəmbərin xanımı elmlər doktoru oldu - FOTO

28 Dekabr 2022, 14:16

Tarixçi alim Aida Qəmbər Ali Attestasiya Komissuyasının qərarı ilə tarix elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

Modern.az-ın məlumatına görə, bu barədə xəbəri Aida Qəmbərin özü ictimailəşdirib.

Qeyd edək ki, Aida Qəmbər 1993-cü ildən BDU-nun Tarix fakültəsidə Asiya və Afrika ölkələri tarixi kafedrasının baş müəllim, dosent vəzifəsində işləyir.

O, 1984-ci il - “İraqın BƏƏS partiyasi: ideologiya və siyasəti (1952-1963-ci illər)” adlı namizədlik dissertasiyası müdafiə edib.
 

2004-cü ildə isə “İraqın xarici siyasəti (1968-2000-ci illər)” adlı doktorluq dissertasiyasını müzakirəyə təqdim edib. Dissertasiya işinin Ali Attestasiya Komissuyasına təqdim edilməsindən təxminən 18 il sonra – bu gün Aida Qəmbərə tarix elmləri doktoru elmi dərəcəsi verilib.

O, bunu gecikmiş qərar kimi qiymətləndirsə də, sevincini gizlətməyərək sosial şəbəkədə paylaşım edib.


A.Qəmbər  1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuyub və oranı fərqlənmə diplomu ilə bitirib.

1977-1980-ci illərdə İraq Respublikasında ərəb dili tərcüməçisi işləyib.

1980-1993-cü illərdə MEA Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb.

1980-1984-cü illərdə SSRİ EA-nin Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub .
1993-cü ildən BDU-nun Tarix fakültəsində çalışır.

50-dən çox məqalənin, bir neçə monoqrafiyanın, dərs və metodik vəsaitlərin , proqramların müəllifidir.

Aida Qəmbəır Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin həyat yoldaşıdır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər