Modern.az

Baş Prokurorluqdan Gülər Əhmədova-Sevinc Babayeva olayına dair yeni AÇIQLAMA

Baş Prokurorluqdan Gülər Əhmədova-Sevinc Babayeva olayına dair yeni AÇIQLAMA

14 May 2013, 16:24


Bakı şəhər prokurorluğunda Gülər Əhmədovanın Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci, Sevinc Babayevanın isə həmin məcəllənin 178.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair istintaq edilən cinayət işinin istintaqı ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşı Türkiyə Respublikasına ezam olunub. Bu barədə Modern.az saytının sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. E.Sultanov saytımıza açıqlamasında deyib:

-
Sevinc Babayevanın “Medicana International İstanbul Hospital” xəstəxanasında ölməsi faktı üzrə İstanbul Ədliyyə Tibb Baş İdarəsində keçirilmiş məhkəmə-tibb ekspertizası başa çatıb və ekspertizanın rəyi İstanbul Böyükçəkməcə Cümhuriyyət Baş Prokurorluğu tərəfindən nümayəndəmizə təqdim edilib.

Ekspertiza təhqiqatları nəticəsində Sevinc Babayevanın bədən səthi üzərində travmadan yaranan hər hansı bir xəsarətlərin aşkarlanmadığı, daxili müayinə zamanı götürülən toxuma nümunələrində toksiki maddələrin müəyyən olunmadığı üçün onun zəhərlənərək ölməsinin tibbi dəlillərlə təsdiq olunmadığı və ürək-damar xəstəliyindən ölməsi müəyyən olunub. Bu barədə İstanbul Büyükçekmece Baş Prokururu Fuad Arın tərəfindən “Olaylar” İnformasiya agentliyinə də müvafiq açıqlama verilib.

Nümayəndəmiz ezamiyyətdən qayıtdıqdan sonra zərurət yaranarsa ictimaiyyətə əlavə məlumat veriləcək.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU