Baş Prokurorluq xadimənin ətçəkən mikserə düşərək ölməsilə bağlı məlumat yyaıb.
Qurumdan Modern.az-a verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb.
"Qaradağ rayonu ərazisində yerləşən ət kəsim sexlərindən birində xadimə işləyən 1982-ci il təvəllüdlü Rəqsanə Pirməmmədovanın elektrik mikserini təmizləyən zaman qurğunun hərəkətə gəlməsi nəticəsində qurğunun hissələri arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir", - rəsmi məlumatda bildirilib.