Modern.az

QHT Agentliyi müsabiqə nəticələrini AÇIQLADI

QHT Agentliyi müsabiqə nəticələrini AÇIQLADI

Media

29 Dekabr 2022, 13:58

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” və “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqaməti üzrə qrant müsabiqələrinin nəticələrini elan edib.

 

Agentlikdən Modern.az-a bildiriblər ki, qrant müsabiqəsinə “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” üzrə 66, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” üzrə 105 layihə təqdim edilib.

 

Onlardan “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər”ndə 31 fərdi, 7 koalisiya üzrə, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri”ndə isə 47 fərdi, 8 koalisiya istiqamətində layihələrin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib.

 

Qaliblərin siyahısı ilə bu link vasitəsilə //ngogrant.az/post/63ad320c4286c5ad39474a7b tanış olmaq mümkündür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir