Modern.az

Azərbaycan diasporuna ağır itki üz verib

Azərbaycan diasporuna ağır itki üz verib

Təhsil

15 May 2013, 10:06

Ukraynadakı Azərbaycan diasporuna ağır itki üz verib. Ukraynada yaşayan tanınmış alim, tibb elmləri doktoru , akademik Şamil Topçiyev vəfat edib. Bu barədə Modern.az-a Krımdakı Azərbaycan diasporunun rəhbəri Rəhim Hümbətov məlumat verib.
Şamil Topçiyev Bakıda doğulub, ali təhsil alıb, bütün həkimlik fəailiyyətini vərəm xəstəliyilə mübarizəyə həsr edib. Görkəmli alimin rəhbərliyi altında bir çox mütəxəssislər yetişib. Dünya miqyasında tanınan alim 150-dən  çox elmi işin müəllifidir.
Akademik Şamil Topçiyev Ukraynanın yay paytaxtı sayılan Yaltada yaşayırdı.

Modern.az

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama