Özbəkistandakı Azərbaycan Respublikasının səfirliyi də diplomatları və beynəlxalq təşkilatları heyran edə biləcək qədər süfrə sərgiləyib. Qonaqlara milli xörəklərimiz-dolma, plov, dovğa, kükü, şərab, isti-isti hazırlanan Azərbaycan kababı, saç kababı, həmçinin şirniyyatlarımızdan şəkərbura, paxlava və şərbətlərimiz təqdim olunub. Mətbəximizin təamlarını dadmaq üçün isə növbəyə duranlar öz heyrətlərini gizlədə bilməyiblər. Şah plov, dolma, paxlava tədbir iştirakçılarına xüsusi zövq verib. Özbəkistandakı Ukrayna Respublikası səfirliyinin diplomat Nadejda Tırtıçnaya mətbəximizi ağlagəlməz dərəcədə dadlı hesab edib.
Özbəkistan Respublikası Xarici İşlər Nazirliyinin mötəbər qonaqları və diplomatlar Azərbaycan süfrəsinin qonağı olublar.
Tədbirin sonunda Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevə xüsusi diplom təqdim olunub.