Modern.az

Dalğanın hündürlüyü 3.7 metrə çatıb - FAKTİKİ HAVA

Dalğanın hündürlüyü 3.7 metrə çatıb - FAKTİKİ HAVA

Ölkə

29 Dekabr 2022, 17:30

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a bildirilib ki, Altıağac, Qrız, Quba, Qusarda qar, Kürdəmir, Şabranda yağış yağır.

 

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23-28 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrə çatıb.

 

Küləkli hava şəraiti dekabrın 29-u gecəyə doğru tədricən mülayimləşəcək. Dekabrın 30-u və bayram günlərində dekabrın 31-i, 2023-cü il yanvarın 1-4 tarixlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...