Modern.az

Azərbaycan Ermənistanı məhkəməyə verəcək - Bu tarixdə

Azərbaycan Ermənistanı məhkəməyə verəcək - Bu tarixdə

Dünya

29 Dekabr 2022, 18:30

Ermənistana qarşı aparılan hüquqi məsuliyyət tədbirləri çərçivəsində Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) təqdim ediləcək əsas iddia - 30 illik hərbi işğal dövrünə aid bütün faktları əks etdirən müfəssəl sənəd yekunlaşdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair yaydığı məlumatda qeyd olunub.

 

Bildirilib ki, sənəd 2023-cü ilin yanvar ayının sonunda BƏM-ə təqdim ediləcək.

 

Həmçinin 12 oktyabr 2022-ci il tarixində BƏM Ermənistan tərəfindən 16 sentyabr 2022-ci il tarixində Azərbaycana qarşı yeni müvəqqəti tədbirlərə dair verilmiş vəsatəti rədd edib. Növbəti ilin əvvəlində Azərbaycan tərəfi Ermənistana qarşı ətraf mühitə və canlı təbiətə vurulmuş zərər, həmçinin enerji resurslarının və təbii sərvətlərin qanunsuz istismarına dair yeni hüquqi məsuliyyət tədbirləri planlaşdırır.

Bu xəbər ilə bağlı
XİN: Bu il qonşularla münasibətlər prioritet olub
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər