Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 19 gündür davam edir.
Modern.az xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecəboyu davam edib.
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada heç bir insident baş verməyib.
Havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırır, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri dəyişməz olaraq qalır.