Modern.az

“Mətbuat niyə bu səfirləri divara dirəmir?”

“Mətbuat niyə bu səfirləri divara dirəmir?”

30 Dekabr 2022, 11:18

“Ermənistandakı xarici səfirlər Azərbaycan əleyhinə ağızlarına gələni danışırlar, bəyanat verirlər, mətbuatda açıqlamalarla çıxış edirlər. Bəs bizdəki xarici səfirlərin səsi niyə çıxmır? Ən yaxşı halda ümumi danışırlar! Mətbuat niyə bunları divara dirəmir?”.

Modern.az-ın məlumatına görə, bunu siyasi şərhçi Nazim Cəfərsoy Ermənistandakı xarici səfərilərin aktivliyindən bəsh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycanın rəsmi qurumları bu məsələni diqqətə almalıdır.

N.Cəfərsoy bildirib ki, Azərbaycanda fəaliyyət göstərən xarici səfirlərin qonşu ölkədəki diplomatlarla müqayisədə kifayər qədər passiv olması diqqət çəkir:
 

“Niyə Azərbaycanın ələqadar orqanları bu məsələyə ciddi reaksiya vermirlər? Ya da məsələn, Azərbaycanın ələqadar ölkələrdəki səfirləri bu diplomatlara niyə lazımi cavabı vermirlər?

Niyə Ermənistandaki o səfirlərə demirlər ki, bəs Xocalı soyqırımı törədiləndə hardaydınız, niyə onda reaksiya vermirdiniz? Niyə Azərbaycan əraziləri darmadağın ediləndə, talan olunanda səsiniz çıxmırdı? Niyə minalardan ölən azərbaycanlılar haqqında susursunuz?”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir