Modern.az

Deputat azad olunmuş ərazilərdən olan insanların müraciətindən DANIŞDI

Deputat azad olunmuş ərazilərdən olan insanların müraciətindən DANIŞDI

30 Dekabr 2022, 11:34

"2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan xalqı son 250 ildə ilk dəfə məğlub xalqdan qalib xalqa çevrildi.

 Qısa müddətdə azad olunmuş ərazilərdə böyük quruculuq və abadlıq işlərinə başlanıldı. Həyata keçirilən uğurlu siyasət nəticəsində bu gün Qarabağ yenidən dirçəlir, yeni məktəblər, yaşayış binaları, mədəniyyət ocaqları inşa olunur. Prezident İlham Əliyev davamlı olaraq bölgəyə səfər edərək görülən işlərə bilavasitə özü  nəzarət edir".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Ceyhun Məmmədov bildirib.


Millət vəkili deyib ki, bu gün işğaldan azad olunmuş ərazilərdən olan insanların müraciətlərinin böyük bir hissəsi onların doğma torpaqlara sərbəst gediş-gəlişinə, dünyasını dəyişmiş insanların həmin ərazilərdə dəfninə şəraitin yaradılması ilə bağlıdır.


"Əlbəttə biz anlayırıq ki, bölgədə hələ də mina təhlükəsi qalır. Bu gün kimi 270 insanın minaya düşməsi bu fikri bir daha təsdiq edir.

Məlum olduğu kimi, bu gün işğaldan azad olunmuş ərazilərin bəzilərinə avtobus səfərləri təşkil edilir. Ancaq bunu bütün bölgələrimiz haqqında demək mümkün deyil.

Odur ki düşünürəm növbəti ildən işğaldan azad olunmuş ərazilərdən olan insanların həmin bölgələrə gediş gəlişinin asanlaşdırılması istiqamətində əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac var. İnsanlarımızın hazırda dövlətimizdən gözləntilərindən biri budur".  


Milli Məclis sədri Sahibə Qafarova da bildirib ki, həmin ərazilər minaya görə vətəndaşlar üçün təhlükəlidir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi