Modern.az

QHT.az saytı yeni dizaynda

QHT.az saytı yeni dizaynda

Media

30 Dekabr 2022, 11:40

7 ildir fəaliyyət göstərən QHT.az saytının dizaynı dəyişib.

Modern.az xəbər verir ki, bu barədə saytın rəhbəri Cəsarət Hüseynzadə bildirib.

Onun sözlərinə görə, saytın köhnə versiyası 2015-ci ildə yaradılmışdı və müasir texniki tələblərə cavab vermirdi.

“Saytımız artıq yeni dizaynla, müasir tələblərə cavab verən və təkmilləşmiş formada hazırlanıb. Saytın funksionallığı artırılıb”. 

2015-ci ildən fəaliyyət göstərən QHT.az ötən dövrdə ixtisaslaşmış sayt funksiyasını həyata keçirib və əsas məqsədi QHT-lərin fəaliyyətini işıqlandırmaq, onların cəmiyyətə daha dolğun təqdimatının və əlçatanlığının təmin edilməsinə yardım etmək, QHT sədrlərinin  ölkənin ictimai həyatı ilə bağlı fikirlərinin cəmiyyətə çatdırılması olub.  

Vətəndaş cəmiyyətinin inkişafına töhfə verməyi hədəfləyən QHT.az  ötən dövr ərzində Azərbaycanın ixtisaslaşmış media qurumları sırasında öz layiqli yerini tutub və  oxucu kütləsinə malik xəbər portallarından birinə çevrilib.

Dəfələrlə müxtəlif qurumlar tərəfindən mükafatlandırılan QHT.az saytı  2018-ci ildən Mətbuat Şurasına üzv qəbul olunub. Beynəlxalq hesabatlarda dəfələrlə QHT.az saytının vətəndaş cəmiyyətinin inkişafına verdiyi dəstək xüsusi olaraq qeyd edilib.
 

Portalın rəhbəri qeyd edib ki, onlayn media subyektlərinə qoyulan tələbləri yerinə yetirmək üçün sayt da fəaliyyətində bəzi dəyişikliklər etmək məcburiyyətində qalıb. Amma sayt maksimum çalışacaq ki, əsas kontent vətəndaş cəmiyyəti sektorunu əhatə etsin. 

Qeyd edək ki, QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə həm də “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədridir. Təşkilat BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) xüsusi məşvərətçi statuslu (ECOSOC Special Consultative Status) üzvüdür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir