Modern.az

Metronun növbəti stansiyası 2024-cü ildə AÇILACAQ

Metronun növbəti stansiyası 2024-cü ildə AÇILACAQ

30 Dekabr 2022, 12:40

Şərti adı B-4 olan yeni metro stansiyasının tikinti işləri gələn ilin sonuna qədər yekunlaşacaq.

 

Modern.az xəbər verir ki, bunu Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

O bildirib ki, hazırda yeni stansiyanın tikintisi normal davam etdirilir:

 

"Stansiya 4 səviyyədən ibarət olacaq. Artıq stansiyanın 2 səviyyəsində tikinti işləri başa çatdırılıb. Hazırda qalan iki səviyyənin tikintisi aparılır. Həmçinin "8 Noyabr" stansiyasından B-4 stansiyasına qədər olan hər iki qatar yolu və tunel tikilib. Gələn ilin sonuna qədər stansiyada bütün tikinti işləri başa çatdırılacaq. Ondan sonra stansiyada avadanlıqların quraşdırılmasına başlanacaq. Əgər işlər hazırkı vəziyyətdə davam edərsə, stansiya 2024-cü ilin əvvəlində istifadə verilə bilər".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama