Metroda intervalın azadılması birbaşa tikinti işləri ilə bağlı məsələlərə söykənir.
Modern.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov yeni qatarların təqdimatı mərasimində deyib.
B.Məmmədov bidirib ki, qaydalara görə hər bir xətt müstəqil qaydada fəaliyyət göstərməlidir:
"Lakin Bakı Metropoliteninin ən böyük problemi odur ki, ən çox yüklənən yaşıl və qırmızı xətt "28 May" stansiyasında birləşir. Xətlərin ayrılması layihəsi tam həllini tapmayınca intervalın aşağı salınması qeyri-mümkün olacaq. Bu vaxta qədər Nizami-Dərnəgül və Sahil-İçərişəhər istiqamətində sərnişinlər 4 dəqiqədən az interval görməyiblər. Bizim yetərli sayda qatarımız var. Lakin intervalın azaldılması sırf texniki məsələlərlə əlaqədar hələlik mümkün deyil".