Modern.az

BQXK-nin maşınları Laçından Xankəndiyə geri döndülər

BQXK-nin maşınları Laçından Xankəndiyə geri döndülər

Qarabağ

30 Dekabr 2022, 14:12

Dekabrın 30-da aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Laçından Xankəndi istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar.

 

Modern.az xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən BQXK-ya məxsus üç avtomobilin aksiya ərazisindən sərbəst keçib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-ya məxsus üç avtomobilin aksiya keçirilən ərazidən maneəsiz hərəkəti təmin olunub.

 

Bütün bunlar humanitar məqsədlə istifadə edilən avtomobillərin Laçın-Xankəndi yolunda hərəkəti üçün heç bir maneənin olmamasının daha bir sübutudur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi