Modern.az

Vasif Talıbovun qardaşının yerinə təyinat oldu

Vasif Talıbovun qardaşının yerinə təyinat oldu

30 Dekabr 2022, 16:13

Naxçıvan Muxtar Respublikasına yeni prokuror müavini təyin olunub.

 

Modern.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, Sənan Paşayev Naxçıvan prokurorunun müavini vəzifəsinə gətirilib.

 

Qeyd edək ki, bundan öncə Naxçıvan Muxtar Respublikasının prokuror müavini vəzifəsində çalışmış Məhərrəm Talıbov ötən gün tutduğu vəzifədən azad olunub.


Məhərəm Talıbov Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama