Modern.az

DYP-dən sürücülərə MÜRACİƏT

DYP-dən sürücülərə MÜRACİƏT

Ölkə

31 Dekabr 2022, 09:35

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) yollarda təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

 

Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli Modern.az-a açıqlamasında vətəndaşları xüsusilə bayram günlərində daha diqqətli olmağa çağırıb.

 

"31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramının təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə paytaxtın mərkəzi küçə və prospektlərində xüsusəndə Azneft, Dənizkənarı bulvar – Neftçilər prospekti boyunca kəsişən digər yollarda avtomobillərin intensiv hərəkətini, nəzərə alıb, şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsini, ictimai nəqliyyata üstünlük verilməsini və ən  əsası dayanma durma tələblərinə ciddi şəkildə riayət eməyinizi xahiş edirik", - A.Əsgərli bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi