Modern.az

Azərbaycan futbol mütəxəssisləri Avroliqa finalı haqda – Proqnoz

Azərbaycan futbol mütəxəssisləri Avroliqa finalı haqda – Proqnoz

15 May 2013, 15:09


Bu gün Avropanın ikinci böyük klub turniri sayılan Avroliqanın final oyunu keçiriləcək. Hollandiyanın “Amsterdam arena” stadionunda baş tutacaq qarşılaşmada İngiltərənin “Çelsi” klubu ilə Portuqaliyanın “Benfika” komandası üz-üzə gələcək. Modern.az həmin oyunla bağlı azərbaycanlı futbol mütəxəssislərinin fikrini öyrənib. 

“Azal” komandasının baş məşqçisi Vaqif Sadıxovun fikirlərinə görə, bu gün bizləri maraqlı oyun gözləyir. ““Benfika”nın bütün oyunlarını izləmişəm. Portuqaliya futbolçuları texniki-taktiki cəhətdən güclüdür. Ol bilsin kimsə “Çelsi”ni “Benfika”dan güclü görür. “Çelsi” adına görə güclü görünə bilər. Lakin hər iki komandanın şanslarını bərabər görürəm.  Meydanda güzəştsiz mübarizə görəcəyimə əminəm. Hesab edirəm ki, matç əlavə vaxta qalacaq. Ola bilsin ki, əlavə vaxta da qalibi müəyyən etmək olmasın, 11 metrlik cərimə zərbələrinə ehtiyac duyulsun. Zənnimcə, sonda sevinən tərəf Portuqaliya təmsilçisi “Benfika”olacaq.  

 

Əməkdar məşqçi Ağasəlim Mircavadovun sözlərinə görə, bu gün oyun parlaq olacaq. “Deməzdim ki, ingilislər asan qələbə çalacaq. Düzdür, “Çelsi” top klublardan sayılır. “Çelsi”nin təcrübəsi daha çoxdur. “Benfika” isə əvvəllər daha çox tanınırdı. Lakin final elə bir oyundur ki, heç kim dəqiq çempionun kim olacağını deyə bilməz. Bu yarışda ağıllı oynamaqla yanaşı, eyni zamanda topa daha çox sahib olmaq üçün müxtəlif taktikalardan istifadə edəcəklər”.  

 

Abbas Quliyev

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!