Modern.az

Yük avtomobili qadını vurub öldürdü

Yük avtomobili qadını vurub öldürdü

Hadisə

1 Yanvar 2023, 13:18

Cəlilabadda yük avtomobili qadını vuraraq öldürüb.

 

Modern.az-ın məlumatına görə, Çünzəli kənd sakini Mərhəmət İsmayılov idarə etdiyi "Ford" tranzit markalı yük avtomobilini Göytəpə şəhəri ərazisindəki əkin sahələrindən birində piyadalar və nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş torpaq yolda geriyə hərəkət etdirərkən ehtiyatsızlıqdan Xəlilabad kənd sakini, 1983-cü il təvəllüdlü Nuridə Nuriyevanı vurub.

 

Qadın xəstəxanaya çatdırılsa da, çoxsaylı xəsarətlərdən dünyasını dəyişib.

 

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı