Modern.az

Bakıdakı qəzada 4 nəfər ölüb - YENİLƏNİB

Bakıdakı qəzada 4 nəfər ölüb - YENİLƏNİB

Hadisə

1 Yanvar 2023, 14:50

Bakıda ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

 

Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib. 

 

Bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.

 

Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq, yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində 1-nin müalicəsinə davam edilir. 

 

Qeyd edək ki, hadisə nəticəsində həkimə qədər üç nəfər dünyasını dəyişib.

 

***

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, qəza "Mercedes" markalı iki minik avtomobilinin iştirakı ilə baş verib. 

 

Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı