Modern.az

Xorvatiya şengen vizasına qoşuldu

Xorvatiya şengen vizasına qoşuldu

Aktual

1 Yanvar 2023, 15:59

Yanvarın 1-dən Xorvatiya ilə Şengen zonasının digər ölkələri arasında sərhəd-keçid məntəqələrində yoxlamalar, martın 26-dan isə daxili hava sərhədlərində yoxlamalar ləğv ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında yerləşdirilən məlumatda deyilir.

 

Bununla da Xorvatiya Şengen Viza Sazişinin üzvü olub.

 

Bundan əlavə, Xorvatiya Şengen vizası vermək və Şengen informasiya sistemindən istifadə etmək hüququ əldə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu