Modern.az

Bayden son qərarını fevralda AÇIQLAYACAQ

Bayden son qərarını fevralda AÇIQLAYACAQ

2 Yanvar 2023, 08:48

ABŞ prezidenti Co Bayden 2024-cü ildə prezident postuna yenidən seçilmək üçün namizəd olub-olmayacağı ilə bağlı yekun qərarını fevralın ortalarında elan edə bilər.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, C.Baydenin yenidən namizəd olacağı və bununla bağlı elanın gözləniləndən daha tez açıqlanacağı ehtimalı hazırda yüksəkdir.

 

Rəsmi olaraq, qərar dövlət başçısının ABŞ Konqresinin Nümayəndələr Palatasına və Senatına “Ölkənin vəziyyəti haqqında” illik müraciəti zamanı elan oluna bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər