Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, avtomobil yolu keçən 1953-cü il təvəllüdlü Niftalıyev Fikrət Səməd oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.