Modern.az

Babəkdə ağır qəza - Arvadı və nəvəsi öldü

Babəkdə ağır qəza - Arvadı və nəvəsi öldü

Hadisə

2 Yanvar 2023, 11:30

Dekabrın 31-də saat 7 radələrində Babək rayonunun Cəhri qəsəbəsi ərazisində Payız kənd sakini K.Alcəfərov idarə etdiyi “Naz-Lifan 620” markalı avtomobili aşırıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Nəticədə avtomobildəki sərnişinlərdən sürücünün arvadı və nəvəsi aldıqları xəsarətlərdən hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.


Babək RPİ tərəfindən araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı