Modern.az

Rusiya və Ukrayna arasında atəşkəsin ANONSU verildi

Rusiya və Ukrayna arasında atəşkəsin ANONSU verildi

Dünya

3 Yanvar 2023, 09:15

2023-cü ildə Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə atəşkəsin əldə olunmasını gözləmək olar.

 

Modern.az xəbər verir ki, bu barədə NATO-nun keçmiş generalı Hans-Lotar Domrez bildirib.

 

“Yayın əvvəlində hər iki tərəfin istəyəcəyi atəşkəs gözləyirəm. 2023-cü ildə nə vaxtsa atəşkəs əldə edəcəyik”, - deyə general vurğulayıb.

 

Onun fikrincə, atəşkəslə bağlı danışıqlar üçün imkan yaranacaq. Amma bu, uzun müddət sülh demək deyil.

 

"Atəşkəs o deməkdir ki, atəşi dayandırırıq. Danışıqlar uzun çəkəcək, vasitəçilərin BMT-nin Baş katibi Quterreşin, Türkiyə Prezidenti Ərdoğanın olması mümkündür”, - deyə Hans-Lotar Domrez qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər