Modern.az

Şimali Kipr parlamentində Azərbaycanla dostluq qrupu yaradıldı

Şimali Kipr parlamentində Azərbaycanla dostluq qrupu yaradıldı

Parlament

3 Yanvar 2023, 14:58

Şimali Kipr Türk Respublikasının (KKTC) qanunverici orqanında Türk dünyası ölkələri ilə dostluq qrupları formalaşdırılıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, ölkənin Cümhuriyyət Məclisində ümumilikdə 5 dostluq qrupu yaradılıb.

 

Bunlar Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla KKTC arasında olan dostluq qruplarıdır. Bu qrupların yaradılması barədə layihə Şimali Kipr parlamenti tərəfindən yekdilliklə qəbul olunub.

 

Dostluq qruplarında iqtidarla yanaşı, parlamentdə təmsil olunan müxtəlif müxalifət partiyalarının deputatları da yer alacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM