Modern.az

Qobustandakı qəza ilə əlaqədar cinayət işi açıldı 

Qobustandakı qəza ilə əlaqədar cinayət işi açıldı 

Hadisə

3 Yanvar 2023, 18:32

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb, ölən sürücünün kimliyi məlum olub.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

 

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

 

Qeyd edilib ki, hadisə zamanı ölən şəxs Heydərov Nizami Qədir oğludur.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı