Modern.az

Tovuzda qatar 37 yaşlı kişini vurub ÖLDÜRDÜ

Tovuzda qatar 37 yaşlı kişini vurub ÖLDÜRDÜ

4 Yanvar 2023, 15:04

Yanvarın 3-də saat 20 radələrində Azərbaycan Dəmir Yolları QSC-yə məxsus qatarın Tovuz rayonu ərazisindən keçən zaman 1986-cı il təvəllüdlü Tural Yaqubovu vurması və onun aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a məlumat verilib.

 

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatında hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı