Modern.az

Keçmiş xarici işlər naziri edam edildi

Keçmiş xarici işlər naziri edam edildi

Dünya

4 Yanvar 2023, 21:53

Şimali Koreyanın keçmiş xarici işlər naziri Li Yonq Ho və bir neçə diplomat edam edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” nəşri məlumat yayıb.

 

Bildirilib ki, Şimali Koreyanın Böyük Britaniyadakı səfirliyinin işindəki “problem”lər diplomatların edam edilməsinə səbəb ola bilər. Edam olunanlar müxtəlif vaxtlarda səfirlikdə işləyiblər.

 

Belə ki, Li Yonq Ho 2016-2020-ci illərdə Britaniyada səfir vəzifəsində çalışıb.

 

Qeyd edək ki, Li Yonq Ho Şimali Koreyanın nüvə proqramı ilə bağlı altıtərəfli danışıqlarda ölkəsini təmsil edib. O, 2020-ci ildə xarici işlər naziri vəzifəsindən azad edilib.

 

Sabiq nazirin edam olunması ilə bağlı rəsmi açıqlama verilməyib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər