Modern.az

Beş günlük bayram tətili başa çatdı

Beş günlük bayram tətili başa çatdı

5 Yanvar 2023, 08:12

Bu gün Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tətbiq edilən beş günlük tətil başa çatıb.

 

Modern.az xəbər verir ki, tətil günləri 2022-ci ilin dekabr ayının 31-i, 2023-cü ilin yanvar ayının 1,2,3 və 4 tarixlərini əhatə edib.

 

Belə ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramı günləri olub.

 

Bununla yanaşı, 31 dekabr və 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişib və 2023-cü il yanvarın 3 və 4-ü də qeyri-iş günü olub.

 

Beləliklə, tətil günləri ölkədə ardıcıl olaraq 5 gün davam edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama