Modern.az

Rövşən Binnətli televiziya direktoru oldu

Rövşən Binnətli televiziya direktoru oldu

Media

5 Yanvar 2023, 10:52

Tanınmış teleaparıcı Rövşən Binnətli İdman TV-də direktor vəzifəsinə təyin olunub.

 

Modern.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov əmr imzalayıb.

 

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Modern.az-a məlumatı təsdiqləyiblər.



Bu təyinata qədər R.Binnətli adıçəkilən televiziyanın direktor müavini idi, eyni zamanda direktor vəzifəsini icra edirdi.

 

Qeyd edək ki, bununla bağlı ilk xəbəri manset.az yayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar