Bayram günlərində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərib.
TƏBİB-dən Modern.az-a verilən məlumata görə, 103 Çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.
Təcili tibbi yardım xidmətinə 31 dekabr 2022 - 4 yanvar 2023-cü illər ərzində ümumi çağırışların sayı 14 059, hospital olunanların sayı isə 1 307 olub.
"Çağırışları sayı ən çox 1 yanvar 2023-cü il (çağırış sayı 2 867, hospital olunanların sayı 284 olmaqla) və 3 yanvar 2023-cü il (çağırış sayı 2 951, hospital olunanların sayı 285 olmaqla) qeydə alınıb.
Çağırış səbəbləri əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub.