Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Bəşər Əsədlə görüş ehtimalı barədə danışıb.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) tədbirində çıxışı zamanı söz açıb.
"Türkiyə, Suriya, Rusiya olaraq xarici işlər nazirlərimizin görüşü olacaq. Hadisələrin gedişindən asılı olaraq liderlər olaraq da görüşə bilərik", - deyə Türkiyə prezidenti bildirib.
Qeyd edək ki, XİN başçılarının görüşü yanvarın ikinci yarısında keçiriləcək. Bundan əvvəl isə müdafiə nazirləri və kəşfiyyat orqanları rəhbərlərinin Moskvada üçtərəfli görüşü olmuşdu.