Metronun "Həzi Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb.
Bu barədə Modern.az-a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, buna səbəb "Nizami" stansiyasında vaqonlardan birinin qapısında problem yaranması olub.
B.Məmmədov qeyd edib ki, təlimat qaydalarına uyğun olaraq qatara baxış təyin edilib:
"Qatara əlavə baxış keçirilməsi zərurəti yarandığından sərnişinlər stansiyada düşürülüb. Qatar mənzili sərnişinsiz qət etdiyi üçün iki qatar arasında olmaq şərtilə, intervaldan əlavə 2 dəqiqəlik yubanma qeydə alınıb".
Hazırda problemin səbəblərinin araşdırıldığını bildirən qurum rəsmisi daha sonra əlavə məlumat veriləcəyini vurğulayıb.
Qeyd edək ki, yubanma səbəbindən "Nizami" stansiyasında sıxlıq yaşanır.