Modern.az

Daha bir ölkə HİMARS sistemləri alacaq 

Daha bir ölkə HİMARS sistemləri alacaq 

Dünya

5 Yanvar 2023, 21:27

Avstraliya ABŞ-dan HIMARS raket sistemləri almaq istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə Avstraliyanın "ABC News" telekanalı məlumat yayıb. 

 

Ukrayna ordusunun son aylarda effektiv şəkildə istifadə etdiyi raket sistemlərinin alınması üçün 1-2 milyard Avstraliya dolları arasında vəsait sərf olunacaq.

 

Raket sistemlərinin Asiya-Sakit okean regionunda Çinin fəallığının artması fonunda ölkənin şimalında yerləşdiriləcəyi bildirilir.

 

Bundan əvvəl Latviya və Estoniya kimi Avropa ölkələri də HIMARS sistemlərinin alınması barədə qərar qəbul edib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər