Yanvarın 6-sı saat 04 radələrində paytaxtın Xətai rayonu ərazisində 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.
Bu barədə Modern.az-a Xətai Rayon Prokurorluğundan bildirilib.
Məlumata görə, aparılmış araşdırma zamanı zərərçəkmişin əri 1961-ci il təvəllüdlü İlham Həşimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Rəhimə Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İlham Həşimov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
***
07:10
Yanvarın 6-da saat 4 radələrində paytaxtın Xətai rayonunda 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın bıçaqlanaraq öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü İlham Həşimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.