Modern.az

Vasif Talıbova daha bir zərbə - Holdinqi əlindən alındı

Vasif Talıbova daha bir zərbə - Holdinqi əlindən alındı

Ölkə

6 Yanvar 2023, 10:25

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus “Gəmiqaya Holdinq”in adı dəyişdirilib.

 

Modern.az xəbər verir ki, şirkət bu gündən “Arkoz Holdinq” adını daşıyacaq.

 

Faktı APA-ya şirkətdən təsdiqləyiblər.

 

Eyni zamanda, “Gəmiqaya Holdinq”in Vasif Talıbovdan alındığına dair məlumatlar da var. Belə ki, hazırda şirkətdə sənədləşmə işlərinin aparıldığı və bu gün şirkətə Bakıdan rəhbər təyin ediləcəyi bildirilir.

 

Qeyd edək ki, “Gəmiqaya Holdinq" Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olub. Onun oğlu Rza Talıbov uzun müddət “Gəmiqaya Holdinq"in prezidenti olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...