Modern.az

DİN-dən Naxçıvan sakinlərinə MÜRACİƏT

DİN-dən Naxçıvan sakinlərinə MÜRACİƏT

Ölkə

6 Yanvar 2023, 12:36

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhərində və Azərbaycan Respublikasının digər bölgələrində yaşayan, Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlara müraciət edib.

 

DİN-dən Modern.az-a daxil olan müraciətdə bildirilir:

 

"Bakı şəhərində və Azərbaycan Respublikasının digər bölgələrində yaşayan, Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar etibarlılıq müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini dəyişdirilməsi, həmçinin köhnə nəsil şəxsiyyət vəsiqələrinin yeni nəsil şəxsiyyət vəsiqələri ilə əvəz edilməsi üçün ASAN Xidmət mərkəzlərinə müraciət edə bilərlər".

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...