Modern.az

Rusiyadan gözlənilməz ZƏRBƏ: Faşistlərlə döyüşmüş azərbaycanlılar “qorxaq” adlandırıldı

Rusiyadan gözlənilməz ZƏRBƏ: Faşistlərlə döyüşmüş azərbaycanlılar “qorxaq” adlandırıldı

Ölkə

16 May 2013, 15:10

Qonşu ölkədə Böyük Vətən Müharibəsində vuruşmuş azərbaycanlı əsgərlərin təftişi başlanıb


Rusiyada İkinci Dünya Müharibəsində azərbaycanlı əsgərlərin qəhrəmanlığını təftiş etmək cəhdləri başlanıb. Modern.az bildirir ki, Rusiya Federasiyası Geopolitik Problemlər Akademiyasının vitse-prezidenti, hərbi elmlər üzrə doktor Konstantin Sivkov sovet ordusunun 1941-ci ildə Kerç-Fedosiya hucum əməliyyatının pozulmasını azərbaycanlıların ayağına yazıb.

“Reqnum” Agentliyinə müsahibəsində Sivkov bildirib ki, 1941-ci ilin dekabrından başlanaraq 1942-ci ilin mayına qədər davam etmiş Kerç-Fedosiya hucum əməliyyatı Qırmızı Ordu üçün uğurulu başlasa da, faciəvi sonluqla nəticələnib. 130 min əsgər həlak olub, 170 min hərbçi isə faşistlərə əsir düşüb. Vermaxt üçün Qafqaza və Sevastopola birbaşa yol açılıb.

“Yaxşı planlaşdırılmış bu hucum niyə uğurusuz olub” sualına Sivkov deyib:

“Krımda bu hərbi əməliyyat keçirilən zaman faşist ordusuna Erix fon Mnaşteyn rəhbərlik edib. Öz memuarlarında Manşteyn sovet ordusunun məğlubiyyətini belə izah edib. ““Almanlar sovet qoşununun zəif yerlərini müəyyən edə bildilər”. Generalın sözlərinə görə, qoşunun zəif nöqtəsi Azərbaycan və Gürcüstandan çağrılaraq formalaşdırılan birləşmələr olub”.

Ekspert Manşteynin xatrələrinə əsaslanaraq bunu idda edib: “Manşteyn xatırlayır: “Alman kəşfiyyatı sovet qoşununun sağ cinahında azərbaycanlılardan və gürcülərdən təşkil olunmuş diviziyaların yerini müəyyən etdi. Bu diviziyalar sovet desantının atılması zamanı onu qorumaq tapşırığı almışdı. Faşist komandanlığı bu diviziyalara ardıcıl zərbə endirməyə qərar verdi. Amma ardıcıl zərbəyə ehtiyac qalmadı. Yu-87 təyyarəsinin elə ilk bombasından və üfüqdə ilk alman tankının görünməsindən sonra bu diviziyalar qaçmağa başladılar”. Azərbaycandan və Gürcüstandan olan sovet əsglərinin qaçmağı üzündən Kerç hucumu uğursuz oldu. Cəbhə xətti yarıldı, sovet ordusu arxa bazanı itirdi, əməliyyat iflas oldu. Bunun nəticəsində sovet ordusu Krımı tərk etməyə məcbur oldu. Bu isə sonradan Sevastopolun süquqtuna gətirib çıxardı”. 

Daha sonra bu tarixçi vəziyyəti yumşaltmaq üçün qeyd edib ki, “o, bununla Azərbaycan xalqının Böyük Vətən Müharibəsnidə rolunu azaltamq niyyətində deyil. Onların sırasından da Sovet İttifaqı qəhrəmanları çıxıb”.

Rusları qəzəblənidən və belə sərsəm idida ilə çıxış etməyə vadar edən isə bu il Ukraynada, Nikolayev şəhərində tərkibi azərbaycanlılardan ibarət olmuş 416-cı Taqanroq diviziyasının və “Sapun Dağ”da Qırımızı Bayraqlı 77-ci Simferopol diviziyasının şərəfinə ucaldılmış xatirə abidəsi olub. 

Tarixin belə idbar və şərəfsiz təhrifinə söz tapmaq olmur. Azərbaycanın “Böyük Vətən Müharibəsi” adlandırılan müharibədə göstərdiyi şücaətlər tarixdə yaxşı bəllidir. 300 min nəfərlik itki vermiş Azərbaycan özünün SSRİ-yə havayı peşkəş etdiyi nefti ilə SSRİ-ni labüd iflasdan qurtardı. Bu “goreşənlər”in hazırkı fantaziyaları isə böyük geopolitik maraqlar girdabında olan ölkəmizə qurşaqdan aşağı vurulan zərbədir. Şərəfli hərbçilərdə isə belə fəndlər sadəcə ikrah doğurur.

Məsələyə qayıdacağıq.

Xaqani SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!