Modern.az

Meyiti tapılan 4 nəfərin hamısının kimliyi MƏLUM OLDU

Meyiti tapılan 4 nəfərin hamısının kimliyi MƏLUM OLDU

6 Yanvar 2023, 16:06

Ötən gün Bakının Nərimanov rayonunda meyiti tapılan 4 nəfərin hamısının şəxsiyyəti məlum olub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, dünəndən bəri kimliyi müəyyən edilə bilməyən meyitin şəxsiyyəti Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb.

 

Onun Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Salayev Kənan Ramiz oğlu olduğu məlum olub.

 

Qeyd edək ki, evdə tapılan digər meyitlər 2004-cü il təvəllüdlü Allahverdiyev Kamran Xaliq oğlu, 1990-cı il təvəllüdlü Nəzərov Kənan Qurban oğlu və 1991-ci il təvəllüdlü Səfərli Pərviz Adıgözəl oğluna məxsusdur.

 

Xatırladaq ki, hadisə yanvarın 5-də paytaxtın Nərimanov rayonu, Ağaoğlu küçəsi 7 ünvanında baş verib. Həmin ünvandakı mənzillərdən birinin sahibi evini 3 nəfərə kirayə verib. Yanvarın 1-dən 5-nə qədər kirayəşinlərə zəng vuran ev sahibi qarşı tərəfdən cavab ala bilmədiyi üçün yanvarın 5-də səhər saatlarında evə gəlib. Lakin evin qapısını bağlı görən mənzil sahibi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Hüquq mühafizə orqanları əməkdaşlarının müdaxiləsindən sonra mənzilin qapısı açılıb. Mənzilə baxış keçirilərkən oradan 4 nəfərin meyiti aşkarlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı