Modern.az

Bakıdan gedən jurnalistlər Naxçıvanın yeni rəhbərliyilə görüşdü - FOTOLAR

Bakıdan gedən jurnalistlər Naxçıvanın yeni rəhbərliyilə görüşdü - FOTOLAR

6 Yanvar 2023, 17:00

Bu gün bir qrup jurnalist Bakıdan Naxçıvana səfər edib.

Modern.az xəbər verir ki, paytaxtdan Muxtar Respublikaya gedən jurnalist qrupuna “Prime TV” internet televiziyasının rəhbəri Aygün Muradxanlı, əslən Naxçıvandan olan “Ovqat.com” saytının rəhbəri Heydər Oğuz və “Tns.az” saytının baş redaktoru Tural Səfərov  daxildir.

Əslən Naxçıvandan olan jurnalistlər bildiriblər ki, Ali Məclisin keçmiş sədri Vasif Talıbov vaxtında onların Muxtar Respublikaya gedişinə qadağa qoyulmuşdu. Artıq bu qadağa aradan qalxıb.

Naxçıvana səfərdən məmnun qaldığını deyən Heydər Oğuz deyib ki, Vasif Talıbovsuz muxtar respublikada olmaq onu çox sevindirir.

Səfər çərçivəsində jurnalistlər Ali Məclisin qarşısında Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Muxtar Respublikanın yeni daxili işlər naziri Süleyman Nemətovla görüşüblər.

Tural Səfərov qısa açıqlamasında Naxçıvan MR rəhbərliyi ilə görüşün səmimi atmosferdə keçdiyini, bir sıra suallara cavab aldıqlarını qeyd edib.




 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər