Modern.az

Psixoloq azyaşlıları evdən qaçmağa vadar edir - Polisə müraciət olundu

Psixoloq azyaşlıları evdən qaçmağa vadar edir - Polisə müraciət olundu

Hadisə

6 Yanvar 2023, 17:02

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə azyaşlı qızları yoldan çıxaran psixoloqla bağlı həyəcan təbili çalıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verdiyini deyən K.Ağazadə həmin psixoloqun adını açıqlamayıb.

 

 

"Sosial şəbəkələrdə psixoloq adı altında "fəaliyyət" göstərən bir xanım var. Azyaşlı qızların ailə problemlərini guya həll edir. Amma əslində qızları qaydasız davranışlara sövq etməklə, valideyninin üzünə durmağı, evdən qaçmağı təbliğ edir. Həmin qadının vasitəsi ilə artıq ikinci qızdır ki, evdən qaçma ilə polis tərəfindən bizim sığınacağa yerləşdirilir. Araşdırma apardığımız zaman müəyyən olunub ki, hər iki qız erkən nişanlılıq qurbanı olan qızlardır. "Nişanlılıq" əlbəttə ki, pozulur, qarşısı alınır. Amma qızları evdən qaçırmaqla onların bu evə dönüşünü də bir fikirləşsələr, çox yaxşı olar. Azyaşlıya "sən qaç, mən sənə özüm baxacam" demək o qızın həyatını daha da pis istiqamətə apara bilər", - hüquq müdafiəçisi vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı