Modern.az

Qarabağ erməniləri parçalanır: Balasanyan separatçıların rəhbərliyindən uzaqlaşdırıldı

Qarabağ erməniləri parçalanır: Balasanyan separatçıların rəhbərliyindən uzaqlaşdırıldı

Qarabağ

7 Yanvar 2023, 12:52

Qarabağdakı erməni separatçı-terrorçu dəstə parçalanıb.

Modern.az xəbər verir ki, bu gün - yanvarın 7-də qondarma rejimin başçısı Arayik Arutyunyan bir sıra “əmrlər” imzalayıb.
 

Belə ki, Vitali Balasanyan Qarabağ separatçılarının qondarma “Təhlükəsizlik Şurası”nın katibi vəzifəsindən azad edilib. Onun yerinə Ararat Melkumyan təyin edilib.


Arayik Arutyunyan general-mayor Ararat Melkumyanı da separatçıların “Milli Təhlükəsizlik Xidməti direktorunun birinci müavini” vəzifəsindən azad edib. Ararat Melkumyan 44 günlük müharibə zamanı Xocavənd rayonu istiqamətində Azərbaycan Ordusuna qarşı döyüşmüşdü.


Məlumatlara görə, Vitali Balasanyan özünü Qarabağ separatçılarının “dövlət naziri” elan etmiş milyarder Ruben Vardanyanın təkidi ilə "vurulub". Ermənistan KİV-ləri onların arasında münasibətlərin kifayət qədər gərgin olduğunu qeyd edir. Vardanyan hazırda Xankəndidə özünə yeni komanda formalaşdırır. 


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır