Bakının Nərimanov rayonunda "Sərin" restoranının dam örtüyündə yanğın olub.
Modern.az xəbər verir ki, yanğın yaxınlıqdakı yaşayış binasının qaz tənzimləyicisinə sıçrayb və tənzimləyici yararsız vəziyyətə düşüb.
Yanğının qaz borusuna keçməsinin qarşısı alınıb.
***
09:17
Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 370 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.
Modern.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Yüksək temperaturdan obyektin lambirdən ibarət tavanı 100 m² sahədə əriyib.
Obyektin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.