Modern.az

“Sədərək”dəki yanğında 3 nəfər tüstüdən zəhərlənib

“Sədərək”dəki yanğında 3 nəfər tüstüdən zəhərlənib

8 Yanvar 2023, 21:27

“Sədərək” ticarət mərkəzində yanğın baş verməsi səbəbilə bir nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

 

TƏBİB-dən Modern.az-a verilən xəbərə görə, iki nəfərə də tüstüdən zəhərlənmə səbəbilə yerində yardım göstərilib.

 

Qeyd edək ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 18:22 radələrində “Sədərək” ticarət mərkəzində yanğın olması ilə bağlı çağırış daxil olub.

 

Yanğın səbəbilə hadisə yerinə 4 təcili tibbi yardım briqadası göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı