Modern.az

Magistralda ağır QƏZA - Ölən və yaralı var

Magistralda ağır QƏZA - Ölən və yaralı var

Hadisə

9 Yanvar 2023, 08:36

Ələt-Astara magistralında ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Məlumata görə, yük maşınlarının toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib. Müxtəlif dərəcəli xəsarətlər alan daha bir nəfər isə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu