Modern.az

“Böyük İpək Yolu” Macarıstanın gənclər təşkilatı ilə görüşüb - FOTOLAR

“Böyük İpək Yolu” Macarıstanın gənclər təşkilatı ilə görüşüb - FOTOLAR

Təhsil

17 May 2013, 12:07

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Macarıstanın İnsan Resursları Nazirliyində yerli gənclər təşkilatı ilə görüş keçirib.  Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib. Tədbirdə “Böyük İpək Yolu” BGT-nin Macarıstan üzrə nümayəndəsi Andras Laszlo macar gənclərinə təşkilat barədə məlumat verib. Daha sonra çıxış edən təşkilatın sədri, millət vəkili Fuad Muradov “Böyük İpək Yolu” BGT-nin məqsəd və məramı barədə danışıb.   Deputat vurğulayıb ki, tarixi “ipək yolu” üzərində olan ölkələrin gənclərinin bir –birilərini tanımaları və birgə əməkdaşlıq təşkilatın əsas hədəfidir.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bu görüşün Azərbaycan və Macarıstan gəncləri arasında münasibətlərin daha da genişləndirilməsi üçün bir fürsət olduğunu qeyd edib.

Görüşdə “Böyük İpək Yolu” BGT ilə yerli gənclər təşkilatının mədəniyyət, idman, gənc sahibkarlarla bağlı ortaq layihələrin hazırlanması perspektivi də müzakirə olunub.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama